ƏBU SƏİD XUDRİ

(74/693 ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən olmuşdur. Təxminən hicrətə 10 il qalmış Mədinədə müsəlman ailəsində doğulmuşdur. Əsl adı Səddir. Onun atası Malik ibn Sinan Mədinədə İslamı ilk qəbul edənlərdən biri olmuşdur. O, Xəzrəc qəbiləsinin Nəccar soyundan idi. Əbu Səid İslam hüququnun yaxşı bilicisi olmuş və eyni zamanda 2000-ə yaxın hədisin ravisi də hesab edilməkdədir. O, atasının öldürüldüyü Uhud döyüşündə vuruşmuş, sonralar Xeybər, Hüneyn döyüşlərində, Təbük yürüşündə, eləcə də, Məkkənin alınmasında da iştirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Ömər və Osmanın xəlifəliyi dövrlərində fiqh üzrə araşdırmalar aparmış, hökmlər vermişdir. Əbu Səid Əlinin xəlifəliyi dövründə isə xaricilərlə döyüşlərdə iştirak etmişdir.
ƏBU MUSA ƏŞƏRİ
ƏBU SÜFYAN
OBASTAN VİKİ
Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri (612, Mədinə – 693, Mədinə, ərəb. أبو سعيد الخدري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir. Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir.
Əbu Səid
Əbu Səid — Elxanilərin IX hökmdarı (1316-1335), Xorasan valisi (1315-1316). Əbu Səid — Teymurilərin Qaraqoyunlulardan olan Azərbaycan hakimi (1428-1429). Əbu Səid — 1451–1469-cu illərdə Teymurilər dövlətinə hökmdarlıq etmiş, VII Teymuri hökmdarı.
Əbu Səid (Qaraqoyunlu)
Əbu Səid (əski əlifba ilə:ابوسعید) — qısa müddətli Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Bundan əvvəl isə Ərzincan hakimi idi. O, Qara Yusifin beşinci oğlu idi. Qardaşları Pirbudaq, İsgəndər xan, Cahanşah, Şahməhəmməd və İspənd idi. Qara Yusifin oğlu Əbu Səid 1429-cu ildə Teymuri Şahruxun köməyi ilə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Atası Qara Yusifin dövründə o, Ərzincan hakimi olmuşdur. Qara Yusifin ölümündən sonra o, qardaşları İsgəndər və İspəndlə hakimiyyət uğrunda mübarizəyə başladı. Lakin bu mübarizədə məğlub olaraq Xorasana Teymuri Şahruxun yanına qaçdı. 1429-cu ilin 18 sentyabrında Qaraqoyunlularla Teymurilər arasında baş vermiş Salmas döyüşündə də Şahrux tərəfindən iştirak edən Əbu Səid sonda teymurilər tərəfindən qaraqoyunluların hökmdarı elan edilmişdir. Lakin o, 1430-cu ildə (və ya 1431) Şahruxun Xorasana getməsindən qısa müddət sonra qardaşı Qara İsgəndər tərəfindən öldürülmüşdür.
Əbu Səid (Teymuri)
Əbu Səid — 1451–1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi və Məhəmməd mirzənin oğludur. Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi. Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi. Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı. 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı. Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi.
Əbu Səid Cənnəbi
Əbu Səid Cənnəbi (fars. أبو سعيد حسن بن بهرام الجنابي‎‎; IX əsr – 913) — fars dövlət xadimi, paytaxtı Bəhreyndə olan qərməti dövlətinin qurucusu və ilk əmiri. 899-cu ilə qədər o və tərəfdarları əhəmiyyətli bir ərazini fəth edə bilmiş, 900-cü ildə Abbasilər xilafətinin ordusu üzərində qəti qələbə qazanmış, bundan sonra 903-cü ildə Xasa şəhərini tutmuş və onu paytaxt elan etmişdilər. Əbu Səid 913-cü ilə qədər öz dövlətini idarə etmiş, sonra öldürülmüşdür. Onun oğlu Əbülqasım Səid Cənnəbi varis elan edilmişdir. Halm, Heinz. Das Reich des Mahdi: Der Aufstieg der Fatimiden [The Empire of the Mahdi: The Rise of the Fatimids] (alman). Munich: C. H. Beck. 1991. ISBN 978-3-406-35497-7.
Əbu Səid Gərdizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə.
Əbu Səid Qansu
Əbu Səid Qansu, eyni zamanda Qansu əl-Əşrəfi, I Qansu və ya əl-Zahir Qansu (1473 – 1500) — Burci sülaləsindən olan Misirin iyirmi üçüncü Məmlük sultanı. 1498–1500 aralığında Məmlük sultanlığını idarə etmişdir. Əbu Səid Qansu əslən Sultan Qayıtbəy tərəfindən satın alınan bir gənc çərkəz idi. Sultan Qayıtbəy ən çox sevdiyi cariyəsinin qardaşı olduğunu biləndə Sultanın varisinin və gələcək sultanın Məhəmməd hamisi təyin edildi. Məhəmməd hakimiyyəti ələ keçirdikdə Məmlüklər sultandan narazılıq etdilər, üsyan etdilər, öldürdülər və Əbu Səid Qansunu onun yerinə seçdilər. Əvvəlki sultan kimi eyni aqibətlə qarşılaşan məmlüklər Qansudan da narazı qaldı. Qansu bir qadın cildində saraydan qaçmağa çalışdı, lakin tutuldu və İsgəndəriyyəyə sürgün edildi. Qansunun xələfi I Tuman bəyin əmri ilə öldürüldüyü iddia edilmişdir. Ancaq o da Əşrəf Canbolat tərəfindən devrilərək hakimiyyətə gəldi.
Əbu Səid Qardizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə.
Əbu Səid Urməvi
Əbu Səid Urməvi (11 əsrin ortaları—12 əsrin əvvəli) — Azərbaycanlı alim, peripatetizmin nümayəndəsi. Zahirəddin Beyhəqiyə görə o, "hikmət zirvəsinə çatmış filosofdur. Urməvi tərki-dünyalığa qəbahət kimi baxmışdır: "Zahid insanlıq surətindən çıxmışdır və insanlara nifrət bəsləyir". Kitab fil-İlahi" ("İlahi haqqında kitab") "ər-Risalə fil-məntiq" ("Məntiqə dair traktat") "Şərh əl-məqalət əl-ula və s-saniyə min kitab Uqlidis" ("Evklidin kitabından birinci və ikinci məsələnin şərhi"). Elnur Nəsirov. "Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər". Bakı - 2011. səh. 393 Etibar Kərimli. "Antik ədəbiyyat və biz".
Əbu Səid mirzə
Əbu Səid — 1451–1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi və Məhəmməd mirzənin oğludur. Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi. Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi. Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı. 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı. Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi.
Əbu Səid Əbülxeyr
Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi.
Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.
Əbu Səid Mehmed Əfəndi
Əbu Səid Mehmed Əfəndi (1593, Konstantinopol – iyun 1662, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Şeyxülislam Xoca Sadəttin Əfəndinin nəvəsi, şeyxülislam Mehmed Əsad Əfəndinin oğlu və şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndinin atasıdır. Səid təxəllüsü ilə şeirlər yazmışdır. 1593-cü ildə (bəzi mənbələrə görə 1594) İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamladıqdan sonra 1613–1621-ci illər ərzində Rüstəm Paşa, Mihrimah Sultan, Sahn-ı Səman, Şahzadəbaşı və Süleymaniyyə mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildə Dəməşq, 1623-cü ildə Bursa, 1624 və 1627-ci ildə İstanbul, 1629-cu idə Anadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixində Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbilə şeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildə şeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfə şeyxülislam seçildi.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Sultan Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.
Əbu
Əbu Dücanə
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎; 1 noyabr 1935[…], Qüds – 25 sentyabr 2003[…] və ya 24 sentyabr 2003, Nyu-York, Nyu-York ştatı) — Fələstinli-amerikalı ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi. O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır. Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların, qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb. Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib.
Məhəmməd Səid
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır. Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir.
Səid Baduyev
Səid Baduyev (14 sentyabr 1904, Qroznı, Terek vilayəti – 20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır. Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.